- Transfer
- 23:57 07.04.2026
İngiltərənin “Çelsi” klubu heyətini yarımmüdafiəçi Valentin Barko ilə gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumatına görə, tərəflər argentinalı futbolçu ilə altı illik uzunmüddətli müqavilə imzalamaq barədə razılığa gəliblər. İndi “Çelsi” klubunun rəhbərliyi transferi birbaşa “Brayton” klubu ilə razılaşdırmalıdır. Barkonun Brayton ilə mövcud müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.
Hazırda Barko İngiltərənin digər Premyer Liqa komandası "Brayton"da çıxış edir.
Barkonun bazar qiyməti təxminən 35 milyon avro qiymətləndirilir. Cari mövsümdə argentinalı yarımmüdafiəçi 24 oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.