- Transfer
- 23:59 09.04.2026
"Barselona" klubunun hücumçusu Robert Levandovski müqaviləsini uzada bilər.
90deqiqe.Az-ın məlumatına görə, forvard maaşının azaldılmasını nəzərə alaraq yeni müqavilə imzalamağa hazırdır, lakin əvvəlcə katalon klubunun təklif edəcəyi konkret şərtlərlə tanış olmaq istəyir. Kataloniya təmsilçisi də polşalı futbolçu ilə mövsümün sonunda danışıqları müzakirə etməyi planlaşdırır.
Eyni zamanda, yayılan məlumatlara görə, 37 yaşlı futbolçu ilə "Yuventus", "Milan" və "Çikaqo Fayr" maraqlanır.
Hazırda futbolçunun klubla mövcud əmək müqaviləsi yayda başa çatır.
Cari mövsümdə Robert Levandovski bütün turnirlərdə "Barselona"da 38 oyunda meydana çıxıb, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.