17 aprel 2026. Cümə

Sxadadze Azərbaycana qayıdır?


  • Transfer
  • 12:12 30.09.2019
  • Oxunma sayı: 544
Sxadadze Azərbaycana qayıdır?

"İnter Bakı"nın (indiki "Keşlə") sabiq baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan klublarından birini çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Corner.az xəbər verir ki, "Ordabasi"nin baş məşqçisi Qazaxıstan Premyer 28-ci turunda "Kayrat"la keçirilən oyundan sonra bu barədə sualı cavablandırıb. Gürcüstanlı mütəxəssis "Azərbaycandan bir komandaya rəhbərlik edə biləcəyiniz barədə məlumat nə dərəcədə düzdür" sualına  "Mən heç kimlə danışıq aparmıram" - deyə cavab verib.

Qeyd edək ki, Kaxaber Sxadadze 2009-2015-ci illərdə "İnter"i çalışdırıb.(qol)







Transfer