- Transfer
- 23:59 09.04.2026
"Milan"ın hücumçusu Rafael Leau karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az-ın "Corriere della Sera"ya istinadən məlumatına görə, portuqaliyalı futbolçunun xidmətləri "Barselona"ya təqdim olunub.
Hücumçunun Massimiliano Alleqri ilə "Milan"da gərgin münasibətləri olduğu bildirilir.
Kataloniya klubu daha əvvəl də Leau ilə maraqlanıb.
170 milyon avroluq çıxış məbləği nəzərə alınsa da, "Milan" yayda Leaunu 50 milyon avroya sata bilər.
Rafael Leau 2019-cu ildə Fransanın "Lill" klubundan 49 milyon avroya "Milan"a transfer olunub. Onun müqaviləsi 30 iyun 2028-ci il tarixinədək qüvvədədir.
Cari mövsümdə Leau bütün turnirlərdə "Milan" üçün 25 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.