- Transfer
- 23:11 08.04.2026
İtaliyanın “İnter” klubu müdafiəçi Benjamin Pavardla yollarını ayırmağa hazırlaşır.
90deqiqe.Az-ın "Topskills Sports UK"a istinadən məlumatına görə, hazırda icarə əsasında "Marsel"də çıxış edən futbolçunun yay transfer pəncərəsində birdəfəlik satılması planlaşdırılır.
Klub rəhbərliyi oyunçu ilə baş məşqçi Habib Beye arasında olan yaxşı münasibətlərin bu keçidi asanlaşdıracağını düşünür.
Mənbənin məlumatına görə, “İnter” artıq Pavardın transfer qiymətini də aşağı salmağa razıdır. Belə ki, Milan təmsilçisi müdafiəçini 15 milyon avroya buraxmağa hazırdır.
Qeyd edək ki, Pavard cari mövsümdə “Marsel”in heyətində 33 oyuna çıxıb. O, bu matçlarda 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.