- Transfer
- 23:11 08.04.2026
Səudiyyə Ərəbistanının "Əl-Kadisi"yə klubunun hücumçusu Mateo Retegi yenidən İtaliya çempionatına qayıda bilər.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, 26 yaşlı forvard öz xidmətlərini "Yuventus" klubuna təklif edib. Futbolçu artıq bu yay A Seriyasına qayıtmaq istəyir. Artıq tərəflər arasında danışıqlar başlayıb.
Qeyd edək ki, Mateo Retegi 2025-ci ildə Atalanta klubundan “Əl-Kadisiyə”yə 68 milyon avro qarşılığında transfer olunub. Onun hazırkı müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.
Cari mövsümdə hücumçu Səudiyyə klubu ilə bütün yarışlarda 29 oyuna çıxıb, 18 qol vurub və 1 məhsuldar ötürmə edib.
Futbolçunun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.