1 oktyabr 2026. Cümə axşamı

Konte “Napoli”dən gedə bilər - əvəzləyicilər müəyyənləşib


  • Transfer
  • 22:52 08.04.2026
  • Oxunma sayı: 407
Konte “Napoli”dən gedə bilər  - əvəzləyicilər müəyyənləşib

"Napoli"nin baş məşqçisi Antonio Konte mövsümün sonunda komandadan ayrıla bilər.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssisə İtaliya milli komandasında maraq var. Neapol təmsilçisi isə artıq onun mümkün gedişinə hazırlaşır və yeni baş məşqçi axtarışına başlayıb.

Klub rəhbərliyi namizədlər siyahısında Enzo Mareska və Vinçenso İtalyano ilə yanaşı, Daniele de Rossi və Fabio Qrossonun da adını nəzərdən keçirir.

Hazırda “Napoli” A Seriyasında 31 turdan sonra ikinci pillədə qərarlaşıb. Komanda turnir cədvəlinin lideri İnterdən yeddi xal geri qalır.

Xatırladaq ki, Antonio Konte ötən mövsüm “Napoli”ni çempionluğa daşıyıb.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir