9 aprel 2026. Cümə axşamı

"Yuventus" əsas oyunçusu ilə yollarını ayırmağa hazırdır


  • Transfer
  • 23:11 08.04.2026
  • Oxunma sayı: 45
"Yuventus" əsas oyunçusu ilə yollarını ayırmağa hazırdır

"Yuventus"un sol cinah müdafiəçisi Andrea Kambiaso yay transfer dövründə satıla bilər.

90deqiqe.Az-ın məlumatına görə, Turin klubunun rəhbərliyi artıq 26 yaşlı futbolçunu “toxunulmaz” hesab etmir. Klub oyunçunun satışından əldə olunacaq vəsait hesabına transfer büdcəsini artırmağı və baş məşqçi Luçano Spallettinin istədiyi yeni futbolçuları heyətə cəlb etməyi planlaşdırır.

Andrea Kambiasoya "Barselona"nın maraq göstərdiyi bildirilir. Daha əvvəl isə "Mançester Siti" italiyalını transfer etməyə cəhd edib.

Müdafiəçinin bazar dəyəri 30 milyon avro qiymətləndirilir. Onun “Yuventus”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.







Transfer