- Transfer
- 23:11 08.04.2026
“Çelsi” yay transfer pəncərəsində bir neçə mövqeni gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın məlumatına görə, “zadəganlar”ın rəhbərliyi komandanın iki aparıcı futbolçusu – Ris Ceyms və Mark Kukurella ilə qapalı görüş keçirib.
London klubunun rəhbərləri oyunçulara mərkəz müdafiə, mərkəz yarımmüdafiə və hücum xəttinə yeni transferlər ediləcəyini bildiriblər. Qeyd olunur ki, komandaya cəlb olunacaq futbolçular İngiltərə Premyer Liqası təcrübəsinə malik olacaqlar.
Hazırda “Çelsi” İngiltərə çempionatının turnir cədvəlində 31 turdan sonra topladığı 48 xalla 6-cı pillədə qərarlaşıb. Növbəti turda London təmsilçisi “Mançester Siti” ilə üz-üzə gələcək.