10 aprel 2026. Cümə

"Milan" və "Yuventus" eyni oyunçunu istəyir


  • Transfer
  • 23:04 09.04.2026
  • Oxunma sayı: 54
"Milan" və "Yuventus" eyni oyunçunu istəyir

"Arsenal"ın hücumçusu Qabriel Xesus karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Sports Boom"a istinadən məlumatına görə, İtaliyanın "Milan" və "Yuventus" klubları braziliyalı forvardın xidmətində maraqlıdır. Sözügedən klublar artıq  29 yaşlı hücumçusunun yaxın ətrafı ilə klublar əlaqə saxlayıb.

Məlumata görə, “topçular” Qabriel Xesus üçün 30–35 milyon avro qiymət istəyir. “Arsenal” isə bu vəsaiti yeni hücumçu almağa xərcləməyi planlaşdırır.

Cari mövsümdə Xesus bütün turnirlərdə 22 oyunda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun “Arsenal”la mövcud müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, onun bazar qiyməti 20 milyon avrodur.







Transfer