- Transfer
- 23:59 09.04.2026
"Liverpul" klubunun qapıçısı Alisson Bekker "Yuventus" klubuna keçidə razılıq verib.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Turin təmsilçisinin braziliyalı qapıçının nümayəndələri ilə apardığı danışıqlar müsbət nəticələnib. İtaliya klubunda transferin uğurla başa çatacağına ümid edirlər. Rəhbərlik hazırkı qapıçı Mikelle Di Qreqorio ilə yolları ayırmağı planlaşdırır.
Bundan əlavə, Alissonun komandaya qoşulmasının növbəti mövsümdə çempionluq uğrunda mübarizəyə kömək edəcəyi düşünülür.
“Yuventus” həmçinin "Mançester Siti" yarımmüdafiəçisi Bernardu Silva və Barselona hücumçusu Robert Levandovski ilə bağlı vəziyyəti izləyir. Onların müqavilələri cari ilin yayında başa çatır. Transfer bazarında fəal işlərin baş məşqçi Luçano Spalletti ilə yeni müqavilə imzalandıqdan sonra başlaması gözlənilir.
Cari mövsümdə Alisson Bekker bütün yarışlarda 34 oyunda iştirak edib, 36 top buraxıb və 13 matçda qapısını toxunulmaz saxlayıb. Onun bazar dəyəri təxminən 17 milyon avro qiymətləndirilir.