- Transfer
- 23:59 09.04.2026
"Liverpul" oyunçuları Məhəmməd Salah və Vircil van Deyk karyeralarını "Qalatasaray"da davam etdirə bilər.
90deqiqe.Az-ın "A Spor"a istinadən məlumatına görə, İstanbul təmsilçisi yay transfer dövründə sözügedən futbolçular ilə müqavilə imzalamaq üçün işlərə başlamağı planlaşdırır.
Məlumata görə, transfer xərclərini azaltmaq məqsədilə Türkiyə nəhəngi sövdələşməyə Macarıstan millisinin üzvü olan 28 yaşlı cinah müdafiəçisi Roland Şallaini də daxil edə bilər.
Xatırladaq ki, 33 yaşlı Salah mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlayıb. 34 yaşlı van Deykin müqaviləsi isə 2027-ci ilin yayına qədər qüvvədədir.
Cari mövsümdə Şallai bütün yarışlarda 40 oyunda iştirak edib, 1 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.