10 aprel 2026. Cümə

Onun üçün İtaliya klubları sıraya düzülüb


  • Transfer
  • 23:59 09.04.2026
  • Oxunma sayı: 48
Onun üçün İtaliya klubları sıraya düzülüb

"Barselona"nın hücumçusu Robert Levandovski yayda klubdan ayrıla bilər.

90deqiqe.Az xəbər verir ki, polşalı futbolçunun mövcud müqaviləsi hələ uzadılmayıb, iddialara görə, oyunçu maaşının azaldılmasını qəbul etsə belə "Barselona"da qalmağa hazırdır.

37 yaşlı futbolçu ilə "Yuventus" və "Milan" klubları maraqlanır. Hər iki İtaliya nəhəngi vəziyyəti izləyir və Levandovski ayrılmaq qərarına gəlsə, danışıqlara başlamağa hazırdır.

Həmçinin, "Çikaqo Fayer", eləcə də Türkiyə və Səudiyyə Ərəbistanından klub nümayəndələrinin də maraq göstərdiyi bildirilir.

Katalon klubunun rənglərini Levandovski 2022-ci ilin yayından bəri təmsil edir.







Transfer