- Transfer
- 22:58 10.04.2026
Mövsümün sonunda "Liverpul"dan ayrılacaq müdafiəçi Endryu Robertson karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, şotlandiyalı futbolçunun karyerasını davam etdirə biləcəyi əsas variantlardan biri "Tottenhem" klubudur. Bildirilir ki, London təmsilçisi qış transfer pəncərəsindən etibarən futbolçunun transferi ilə maraqlanır. Artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlanılıb.
Lakin transfer yalnız “Tottenhem”in İngiltərə Premyer Liqasında qalacağı halda mümkün olacaq.
Hazırda London klubu turnir cədvəlində 17-ci pillədə qərarlaşıb və 30 xal toplayıb.
Qeyd edək ki, Robertson cari mövsümdə bütün turnirlər daxil olmaqla 31 oyunda meydana çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.