11 aprel 2026. Şənbə

“Hələlik qərar yoxdur”


  • Transfer
  • 22:32 10.04.2026
  • Oxunma sayı: 20
“Hələlik qərar yoxdur”

İngiltərənin “Everton" klubunun baş məşqçisi Devid Moyes yarımmüdafiəçi Cek Qrilişin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə hələlik yekun qərarın verilmədiyini bildirib:

“Hələlik heç bir qərar qəbul edilməyəcək. Hətta qərar versəydim belə, bunu açıqlamazdım. Cekin ciddi əməliyyatı olub, ona görə də bərpa üçün vaxt verməliyik”.

Qeyd edək ki, Qriliş cari mövsümü icarə əsasında “Everton”da keçirir. Lakin ağır zədə səbəbindən mövsümün ikinci hissəsini buraxır və bu səbəbdən mövsümün sonuna qədər meydana çıxmayacaq.

Hazırda “Everton” İngiltərə Premyer Liqasında 8-ci pillədə qərarlaşıb və avrokuboklara vəsiqə verən 5-ci yerdən 3 xal geri qalır.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”