11 aprel 2026. Şənbə

"Mançester Siti" "Sportinq"in kapitanına göz dikib


  • Transfer
  • 22:58 10.04.2026
  • Oxunma sayı: 16
"Mançester Siti" "Sportinq"in kapitanına göz dikib

İngiltərənin "Mançester Siti" klubu Portuqaliyanın "Sportinq" komandasının mərkəz yarımmüdafiəçisi Morten Yulmann ilə maraqlanır.

90deqiqe.Az-ın “A Bola” nəşrinə istinadən məlumatına görə,  Lissabon klubunun kapitanı “Mançester Siti”nin transfer siyahısında prioritet hədəflərdən biridir və İngiltərə təmsilçisi yay transfer pəncərəsində futbolçunun keçidi üçün artıq ilkin addımlar atıb. "Şəhərlilər" artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Eyni zamanda Danimarka millisinin üzvü "Arsenal" klubunun da diqqət mərkəzindədir.

26 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 39 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 45 milyon avro olaraq qiymətləndirir.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”