11 aprel 2026. Şənbə

“Yuventus” üç futbolçunu satışa çıxara bilər


  • Transfer
  • 17:03 11.04.2026
  • Oxunma sayı: 38
“Yuventus” üç futbolçunu satışa çıxara bilər

İtaliyanın “Yuventus” klubu yayda Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə maliyyə sabitliyini qorumaq üçün üç futbolçusunu satmağa məcbur qala bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Turin təmsilçisi yarımmüdafiəçi Kefren Türam, həmçinin müdafiəçilər Pyer Kalulu və Bremerlə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Bildirilib ki, komanda Çempionlar Liqasına düşməsə, “Yuventus”un “Liverpul”un qapıçısı Alison Bekeri və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silvanı heyətinə qatması çətin olacaq.

Hazırda İtaliya çempionatının 31 turundan sonra “Yuventus” 57 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb və Çempionlar Liqasına vəsiqə verən zonadan kənardadır.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”