11 aprel 2026. Şənbə

“Çelsi” Ştiller uğrunda hərəkətə keçdi


  • Transfer
  • 19:23 11.04.2026
  • Oxunma sayı: 54
“Çelsi” Ştiller uğrunda hərəkətə keçdi

Almaniyanın “Ştutqart” klubunun yarımmüdafiəçisi Anjelo Ştiller karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, 25 yaşlı futbolçunun transferində “Çelsi” klubu maraqlıdır. London klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb. 

"Zadəganlar" oyunçu uğrunda Madrid “Real”ı və “Mançester Yunayted”lə rəqabət aparır.

Bildirilir ki, İngiltərə Premyer Liqasına keçid Ştillerin illik maaşını təxminən iki dəfə artıraraq 9 milyon avroya çatdıra bilər.

“Ştutqart” isə futbolçunun satışından ən azı 50 milyon avro gəlir əldə etmək niyyətindədir. Anjelo Ştiller 2023-cü ildə “Hoffenhaym”dan “Ştutqart”a 5 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.

Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 44 oyunda iştirak edib, 1 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”