- Transfer
- 19:35 12.04.2026
Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Aleksandar Pavloviç karyerasını Avropanın digər nəhəng klublarının birində davam etdirə bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi” və İspaniyanın “Real Madrid” klubları alman futbolçu ilə maraqlanır.
Bildirilir ki, sözügedən klubların transfer sorğusuna cavab olaraq Münhen təmsilçisi 21 yaşlı futbolçunun satışa çıxarılmadığı bildirilib.
Münhen klubu Pavloviç üçün heç bir təklifi nəzərdən keçirmək niyyətində deyil. Futbolçunun özü də “Bavariya”dan ayrılmaq istəmir və uzunmüddətli perspektivdə komandanın əsas yarımmüdafiəçisi olmaq niyyətindədir.
Cari mövsümdə Pavloviç bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt”a görə futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.