- Transfer
- 17:47 13.04.2026
İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Terri “Kolçester Yunayted” klubunu satın almağa yaxındır.
90deqiqe.Az xəbər verir ki, tərəflər arasında təxminən 14 milyon funt sterlinq dəyərində müqavilənin bağlanması gözlənilir.
Məlumata görə, II Liqa təmsilçisi ötən ilin sentyabr ayından satışa çıxarılıb. Klubun sahibi və prezidenti Robbi Koulinq rəhbərliyi yeni nəsil funksionerlərə təhvil vermək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, “Kolçester Yunayted” hazırda turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.