13 aprel 2026. Bazar ertəsi

“Yuventus” Opendanın transferini rəsmiləşdirdi


  • Transfer
  • 17:24 13.04.2026
  • Oxunma sayı: 13
“Yuventus” Opendanın transferini rəsmiləşdirdi

İtaliyanın “Yuventus” klubu Almaniyanın “Leyptsiq” klubunun hücumçusu Luis Opendanın transferini nəzərdə tutan satınalma bəndini aktivləşdirib.

90deqiqe.Az xəbər verir ki,  Almaniya klubu ilə ümumi transfer məbləği 46 milyon avro təşkil edir. Bu məbləğ icarə haqqını, daimi transferi və futbolçunun maaşını əhatə edir.

Opendanın alınması icarə müqaviləsində məcburi şərt kimi nəzərdə tutulmuşdu. Şərtə əsasən, “Yuventus” A Seriyasında 10-cu yerdən aşağıda qərarlaşmamalı idi. Turnir başa çatmasa da, komandanın bu həddən aşağı düşməyəcəyi artıq demək olar ki, dəqiqləşib.

Bununla belə, “Yuventus”un belçikalı hücumçunu heyətdə saxlamaq niyyətində olmadığı və onu yay transfer dövründə satmağı planlaşdırdığı bildirilir.

Openda cari mövsümdə bütün turnirlərdə 31 oyuna çıxaraq cəmi 2 qol vurub.







Transfer