13 aprel 2026. Bazar ertəsi

“Liverpul” və “Çelsi” eyni oyunçunu istəyir


  • Transfer
  • 17:47 13.04.2026
  • Oxunma sayı: 15
 “Liverpul” və “Çelsi” eyni oyunçunu istəyir

İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”un hücumçusu Eli Junior Krupi böyük klubların transfer hədəfinə çevrilib.

90deqiqe.Az-ın "CaughtOffside"yə istinadən məlumatına görə, 19 yaşlı futbolçunun transferi uğrunda “Liverpul” və “Çelsi” mübarizə aparır. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıblar.

Bildirilir ki, “Bornmut” gənc fransalı futbolçu üçün təxminən 60 milyon funt sterlinq (təqribən 69 milyon avro) tələb edir.

Krupinin bazar dəyəri 40 milyon avro təşkil edir.

Cari mövsümdə hücumçu İngiltərə çempionatında 27 oyunda 10 qol vurub. O, son iki qarşılaşmada “Arsenal” və “Mançester Yunayted”in qapılarına bir dəfə yol tapıb.







Transfer