14 aprel 2026. Çərşənbə axşamı

“Bavariya” Entoni Qordonu transfer etmək istəyir


  • Transfer
  • 22:53 13.04.2026
  • Oxunma sayı: 58
“Bavariya” Entoni Qordonu transfer etmək istəyir

“Bavariya” bu mövsüm hücum xəttində yaxşı çıxış etsə də, yay transfer dönəmində heyətini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın “German Sky”a istinadən məlumatına görə,  Münhen klubu İngiltərənin “Nyukasl” komandasında çıxış edən Entoni Qordonu transfer etmək istəyir. Məqsəd futbolçunun Luis Diasla rəqabət aparmasıdır.

Bildirilir ki, “Bavariya” ilə futbolçunun nümayəndələri arasında artıq konkret danışıqlar aparılıb. Lakin Münhen təmsilçisi hələ ki, “Nyukasl” klubu ilə rəsmi əlaqə saxlamayıb.

Futbolçunun müqaviləsində sərbəst qalma maddəsi yoxdur. Potensial transferin dəyərinin təxminən 60 milyon avro olacağı qeyd olunur.

Qeyd edək ki, 25 yaşlı Entoni Qordonun “Nyukasl”la müqaviləsi 2030-cu ilin ortalarına qədər nəzərdə tutulub.







Transfer