15 aprel 2026. Çərşənbə

Maskerano “İnter Mayami”dən ayrıldı


  • Transfer
  • 21:34 14.04.2026
  • Oxunma sayı: 59
Maskerano “İnter Mayami”dən ayrıldı

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano vəzifəsindən ayrılmaq qərarına gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Xavyer Maskerano baş məşqçi vəzifəsinə son qoymaq qərarına gəlib. Çempion, heyəti ilə birlikdə əbədi olaraq "İnter Mayami" ailəsinin bir hissəsi olaraq qalacaq və ilk ulduzumuzla əbədi olaraq əlaqələndiriləcək", - deyə "Flamingos" klubu açıqlama verib.

Argentinalı məşqçi 2025-ci ilin əvvəlində "İnter Mayami"yə rəhbərlik etməyə başlayıb. Onun müqaviləsi 2027-ci ilin sonuna qədər qüvvədə olub. Onun rəhbərliyi altında komanda MLS Kubokunu qazanıb.







Transfer