- Transfer
- 23:58 14.04.2026
İngiltərənin “Mançester Siti” klubu Braziliyanın “Palmeyras” komandasının vingeri Eduardo Konseysau ilə müqavilə imzalamağa çalışır.
90deqiqe.Az-ın “ESPN”ə istinadən məlumatına görə, “şəhərlilər” 16 yaşlı futbolçunun transferi üçün digər Avropa nəhənglərini qabaqlamaq məqsədilə təxminən 40 milyon avro ödəməyə hazırdır.
“Çelsi”, PSJ, “Barselona” və “Arsenal” da artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Bildirilir ki, Konseysau 18 yaşı tamam olmadan “Palmeyras”ı tərk edə bilməz. O, əsas komandada debüt etməsə də, klubun gənclər sistemində ən perspektivli futbolçulardan biri hesab olunur.
Gənc oyunçu cari mövsümdə 13 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Bundan əlavə, o, bu ay keçirilən Cənubi Amerika U-17 çempionatında 3 oyunda 2 qol ilə yadda qalıb.