- Transfer
- 23:58 14.04.2026
"Komo"nun çalışdırıcı Sesk Fabreqas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın “The Touchline”yə istinadən məlumatına görə, mütəxəssis İngiltərənin “Mançester Siti” klubunda baş məşqçi Xosep Qvardiolanın uzunmüddətli potensial əvəzləyicisi kimi nəzərdən keçirilir.
Məlumata görə, Qvardiolanın klubla mövcud müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir.
Bununla belə mətbuatda onun on illik fəaliyyətindən sonra gələn yay “Mançester Siti”dən ayrılacağı ehtimalı da gündəmə gəlib.
Hazırda Fabreqas İtaliyanın “Komo” klubunda çalışır və komanda A Seriyasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasında 2-ci yerdədir. Komanda lider “Arsenal”dan 6 xal geri qalır, lakin bir oyun az keçirib.