15 aprel 2026. Çərşənbə

“Mançester Yunayted” Baleba üçün yenidən hərəkətə keçir


  • Transfer
  • 23:38 14.04.2026
  • Oxunma sayı: 64
“Mançester Yunayted” Baleba üçün yenidən hərəkətə keçir

“Brayton”un dayaq yarımmüdafiəçisi Karlos Baleba karyerasını İngiltərənin “Mançester Yunayted” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın “Theatre of Red”ə istinadən məlumatına görə, “Mançester Yunayted” yay transfer dövründə kamerunlu futbolçu yenidən heyətinə qatmağa çalışacaq. Klubda bu razılaşmanın 2025-ci ildə “Brayton”un tələb etdiyi 115 milyon avrodan xeyli aşağı qiymətə baş tuta biləcəyinə dair inam artır.

 Qeyd edək ki, “qırmızı şeytanlar” qış transfer pəncərəsində 22 yaşlı  futbolçunu transfer etməyə cəhd etsələr də, keçid məbləği ilə bağlı razılıq əldə oluna bilməmişdi.

Cari mövsümdə Baleba bütün turnirlərdə 30 oyuna çıxsa da, nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer