15 aprel 2026. Çərşənbə

“Nyukasl” ekvadorlu gənc vingeri transfer edib


  • Transfer
  • 23:46 14.04.2026
  • Oxunma sayı: 50
“Nyukasl” ekvadorlu gənc vingeri transfer edib

İngiltərənin “Nyukasl” klubu Ekvadorun “İndependyente del Valle” komandasında çıxış edən vinger Yohan Martinezin transferini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, futbolçu 18 yaşı tamam olduqdan sonra — 2027-ci ilin yayında rəsmi şəkildə yeni komandasına qoşulacaq.

Martinez ötən mövsüm “İndependyente del Valle”nin 17 yaşadək futbolçulardan ibarət komandası ilə Ekvador çempionu olub.

“Rəqibləri qabaqlayaraq Yohanı “Nyukasl”a gətirdiyimiz üçün məmnunuq. Perspektivli gənc futbolçuların müəyyən edilməsi və transferi klubumuzun gələcək planlarının əsas hissəsidir”, – deyə klubun idman direktoru Ross Uilson bildirib.

Hazırda Martinez Cənubi Amerika U-17 çempionatında Ekvador millisinin heyətində çıxış edir. O, Çili ilə oyunda qol vurub və komandası 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.







Transfer