16 aprel 2026. Cümə axşamı

“Bornmut” İraolanın yerinə əsas namizədi müəyyənləşdirdi


  • Transfer
  • 22:41 15.04.2026
  • Oxunma sayı: 40
“Bornmut” İraolanın yerinə əsas namizədi müəyyənləşdirdi

“Bornmut” baş məşqçi Andoni İraolanın mövsümün sonunda komandadan ayrılmaq ehtimalına operativ reaksiya verib.

90deqiqe.Az xəbər verir ki, klub artıq mümkün əvəzləyicini müəyyənləşdirib.

Məlumata görə, əsas namizəd alman mütəxəssis Markus Rözedir. Tərəflər arasında ilkin danışıqların baş tutduğu və müzakirələrin müsbət istiqamətdə irəlilədiyi bildirilir.

“Bornmut” eyni zamanda Kierran Makkennanın namizədliyini də nəzərdən keçirib, lakin bu variantın maliyyə baxımından daha yüksək xərclər tələb etdiyi üçün az ehtimal olunduğu qeyd edilir.

Qeyd edək ki, Markus Rözünün son iş yeri 2025-ci ilin yazında istefaya göndərildiyi “Leypsiq” klubu olub. O, əvvəlki illərdə “Borussiya Dortmund”, “Borussiya Mönhenqladbax” və “Zalsburq” komandalarına rəhbərlik edib.

Röze karyerası ərzində “Leypsiq”lə Almaniya Kuboku və Superkubokunu, “Zalsburq”la isə Avstriya çempionluğu və ölkə kubokunu qazanıb.







Transfer