- Transfer
- 23:59 15.04.2026
"Barselona"nın hücumçusu Robert Levandovski karyerasını "Milan"da davam etdirə bilər.
90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə,"rossoneri"nin idman direktoru İqli Tare bu yaxınlarda polşalı hücumçunun agenti ilə görüşüb. Lakin "Milan"ın baş direktoru Corco Furlani Robertin artıq 30 yaşını keçdiyi üçün Levandovskiyə yüksək maaş vermək istəmir.
Robert Levandovski 2022-ci ildə 45 milyon avroya "Bavariya"dan "Barselona"ya keçib. Onun Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Bu mövsüm polşalı futbolçu "Blaugrana"nın heyətində bütün yarışlarda 40 oyun keçirib, 17 qol vurub və üç məhsuldar ötürmə edib.