- Transfer
- 23:59 15.04.2026
“Yuventus”un müdafiəçisi Qleysen Bremer mövsümün sonunda komandadan ayrıla bilər.
90deqiqe.Az-ın “Corriere dello Sport”a istinadən məlumatına görə, Turin klubu braziliyalı futbolçunu bu yay satmağa hazırdır. Futbolçunun xidmətində “Liverpul” və “Nyukasl” maraqlıdır.
Sözügedən klublar artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıblar.
Hazırda “Yuventus” rəhbərliyi müdafiəçinin nümayəndələri ilə müqaviləsindəki 54 milyon avro məbləğindəki sərbəstqalma bəndinin ləğvi və ya dəyişdirilməsi ilə bağlı danışıqlar aparır.
Qleysen Bremer 2022-ci ildə “Torino”dan “Yuventus”a 51 milyon avroya transfer olunub. Onun klubla müqaviləsi 30 iyun 2029-cu il tarixinədək nəzərdə tutulub.
Cari mövsümdə braziliyalı müdafiəçi Turin klubunun heyətində 26 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.