- Transfer
- 23:59 15.04.2026
“İnter”in müdafiəçisi Stefan de Vreyin mövsümün sonunda komandadan ayrılması böyük ehtimalla qaçılmazdır.
90deqiqe.Az-ın “La Repubblica”ya istinadən məlumatına görə, Milan klubu niderlandlı futbolçu ilə müqaviləni uzatmayacaq. Onun gələcəkdə “Əl-Sədd” klubuna transfer olunacağı gözlənilir.
“İnter” de Vreynin əvəzləyicisi kimi “Roma”nın müdafiəçisi Canluka Mançininini nəzərdən keçirir.Artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlanılıb.
Qeyd edək ki, Canluka Mançini 2020-ci ildə “Atalanta”dan “Roma”ya 24 milyon avroya transfer olunub. Onun “canavarlar”la müqaviləsi 30 iyun 2027-ci il tarixinədək qüvvədədir.
29 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 39 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.