16 aprel 2026. Cümə axşamı

“Arsenal” Alvares üçün iki futbolçusunu satmağa hazırlaşır


  • Transfer
  • 23:27 15.04.2026
  • Oxunma sayı: 50
“Arsenal” Alvares üçün iki futbolçusunu satmağa hazırlaşır

“Atletiko”nun hücumçusu Xulian Alvares “Arsenal”ın transfer siyahısına daxil edilib.

90deqiqe.Az-ın məlumatına görə, London klubu argentinalı futbolçunu transfer etmək üçün yayda iki oyunçusunu satmağa hazırdır. Söhbət Kay Haverts və Qabriel Xesusdan gedir.

Bildirilir ki, “Arsenal” Alvaresin potensial transferini 120 milyon avro qarşılığında reallaşdırmaq üçün maliyyə vəsaiti yaratmaq istəyir. "Topçular" futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.

Xulian Alvares 2024-cü ildə “Mançester Siti”dən “Atletiko”ya 75 milyon avroya transfer olunub. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2030-cu il tarixinədək qüvvədədir.

Cari mövsümdə hücumçu “Atletiko”nun heyətində 46 oyuna çıxıb, 18 qol vurub və 9 məhsuldar ötürmə edib.







Transfer