- Transfer
- 23:59 15.04.2026
“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska karyerasını İtaliyada davam etdirə bilər.
90deqiqe.Az-ın “Corriere dello Sport”a istinadən məlumatına görə, alman futbolçunun transferində “Milan” maraqlıdır. “Rossoneri” bir neçə həftə əvvəl oyunçuya illik 5 milyon avro (bonuslar daxil) maaşla 3 illik müqavilə təklifi irəli sürüb. Hazırda Milan klubu yarımmüdafiəçinin cavabını gözləyir.
Leon Qoretska 2018-ci ildə “Şalke”dən azad agent kimi “Bavariya”ya keçib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı il tarixinədək qüvvədədir.
Cari mövsümdə futbolçu Münhen klubunun heyətində 40 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.