- Transfer
- 23:59 15.04.2026
“Milan”ın hücumçusu Rafael Leao karyerasını “Barselona”da davam etdirə bilər.
90deqiqe.Az-ın “ElNacional.cat”a istinadən məlumatına görə, portuqaliyalı futbolçunun transferi yayda Kataloniya klubuna təklif olunub. Bildirilir ki, “rossoneri”lər hücumçunun Ferran Torres ilə mübadilə variantını da nəzərdən keçirir. Milan klubu ispan futbolçunun universallığını yüksək qiymətləndirir.
Rafael Leao cari mövsümdə “Milan”ın heyətində 26 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2028-ci il tarixinədək qüvvədədir.
Ferran Torres isə bu mövsüm “Barselona”nın heyətində 44 oyunda 19 qol və 2 assistlə yadda qalıb. Onun müqaviləsi 30 iyun 2027-ci ilədək davam edir.