- Transfer
- 23:48 17.12.2025
Barselona Napoli'nin futbolçusu Fabian Ruizi heyətinə qatmaqda israrlıdı.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, artıq Neapol təmsilçisi da futbolçusunu satmağa razıdır.
Qarşı tərəfin israrını nəzərə alan İtaliya klubu 23 yaşlı futbolçusunun transfer qiymətini açıqlayıb. A seriya təmsilçisi ispaniyalı futbolçu üçün "Barselona"dan 80 milyon avro tələb edib.
Qeyd edək ki, Fabian Ruizin Napoli ilə müqavilə müddəti 2023-cü iin yayına qədərdi.