17 aprel 2026. Cümə

“Tottenhem” “Bornmut”un müdafiəçisini transfer etməyə yaxındır


  • Transfer
  • 22:21 17.04.2026
  • Oxunma sayı: 58
“Tottenhem” “Bornmut”un müdafiəçisini transfer etməyə yaxındır

İngiltərənin “Bornmut” klubunun müdafiəçisi Markos Senesi Premyer Liqa daxilində başqa komandaya transfer oluna bilər.

90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı argentinalı futbolçu ilə “Tottenhem” klubu maraqlanır.

Tərəflər artıq müqavilə danışıqlarına başlayıb və proses müsbət mərhələdədir. Futbolçunun da “Tottenhem”ə keçməyə razı olduğu bildirilir.

Qeyd edək ki, Markos Senesi cari mövsümdə 33 oyunda meydana çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun “Bornmut”la hazırkı müqaviləsi bir neçə ay sonra başa çatır. Müdafiəçinin bazar dəyəri 22 milyon avro olaraq qiymətləndirilir.







Transfer