17 aprel 2026. Cümə

“Mançester Siti” də 19 yaşlı futbolçu üçün mübarizəyə qoşuldu


  • Transfer
  • 22:30 17.04.2026
  • Oxunma sayı: 49
“Mançester Siti” də 19 yaşlı futbolçu üçün mübarizəyə qoşuldu

Almaniyanın “Bavariya” klubu sağ cinah müdafiə xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, klubun əsas hədəfi Niderlandın “Feyenoord” komandasının futbolçusu Civairo Riddir.

Münhen təmsilçisi gənc futbolçu üçün böyük məbləğ ödəmək niyyətində deyil və onun transferinə maksimum 30 milyon avro xərcləməyə hazırdır.

“Bavariya” uzun müddətdir Civairo Ridi izləyir və onun transferində ciddi maraq göstərir. Lakin klub hesab edir ki, bu məbləğ futbolçu üçün son hədd olmalıdır.

Futbolçunun transferi uğrunda “Mançester Siti” də mübarizəyə qoşulub. Əgər qiymət daha da yüksələrsə, “Bavariya” 19 yaşlı müdafiəçi üçün danışıqlardan imtina edə bilər.

Civairo Rid cari mövsümdə 16 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Hazırda o, bud əzələsindən aldığı zədə səbəbindən müalicə alır.

Onun “Feyenoord” ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.







Transfer