- Transfer
- 23:22 17.04.2026
“Real Madrid” yayda müdafiəçisi Dani Karvaxalla yollarını ayıracaq.
90deqiqe.Az-ın məlumatına görə, Madrid təmsilçisi artıq sağ cinah müdafiəsini gücləndirmək üçün transfer bazarında axtarışlara başlayıb.
Belə ki, “Real Madrid” “Arsenal”ın 24 yaşlı futbolçusu Yurrien Timberi yaxından izləyir. Bildirilir ki, London klubu niderlandlı oyunçu üçün yalnız böyük məbləğli təklifləri qəbul etməyə hazırdır və söhbət 85–100 milyon avro aralığından gedir.
Timber 2023-cü ilin yayından “Arsenal”da çıxış edir. O bu müddətdə 94 oyuna çıxaraq 6 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.