- Transfer
- 18:35 18.04.2026
"Sportinq" klubunun mərkəz müdafiəçisi Qonsalu İnasio Avropanın aparıcı klublarının diqqət mərkəzindədir.
90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu ilə "Çelsi", "Liverpul", "Mançester Yunayted", "Barselona" və "Real Madrid" maraqlanır.
Sözügedən klublar artıq futbolçunun agenti ilə ilkin danışıqlar başlayıb.
Futbolçunun müqaviləsində 60 milyon avro məbləğində sərbəstqalma bəndi yer alır. Bununla belə, “Sportinq” rəhbərliyi danışıqlara açıqdır.
Transfermarkt məlumatına əsasən, İnasioyun bazar dəyəri 40 milyon avro civarındadır.
Cari mövsümdə müdafiəçi 40 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.