- Transfer
- 18:35 18.04.2026
"İnter" klubunun mərkəz müdafiəçisi Alessandro Bastoni karyerasını "Barselona"da davam etdirmək istəyir.
90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, 27 yaşlı futbolçu Kataloniya klubuna keçid üçün ciddi şəkildə çalışır. O, transferin reallaşması üçün “İnter”in tələb etdiyi məbləğin azaldılması və satış qərarının verilməsi istiqamətində bütün imkanlardan istifadə etməyə hazırdır.
Məlumata görə, futbolçu lazım gələrsə, danışıqların asanlaşdırılması üçün klubuna təzyiq göstərməyi də planlaşdırır.
“Transfermarkt” portalının məlumatına əsasən, Bastoninin bazar dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.
Bundan əvvəl futbolçunun “Barselona” ilə müqavilə şərtlərində ilkin razılığa gəldiyi də bildirilmişdi.