18 aprel 2026. Şənbə

“Milan” "Sportinq"in müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 17:02 18.04.2026
  • Oxunma sayı: 45
“Milan” "Sportinq"in müdafiəçisini transfer etmək istəyir

"Milan" klubu “Sportinq”in müdafiəçisi Usman Diomande ilə maraqlanan klublar sırasına qoşulub.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikola Şkira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O İtaliya klubunun nümayəndələri artıq Lissabon təmsilçisi ilə mümkün transferlə bağlı ilkin maraq göstərdiklərini qeyd edib.

Diomande 2023-cü ildən “Sportinq”də çıxış edir və Portuqaliya çempionatında ən perspektivli müdafiəçilərdən biri hesab olunur. Onun üçün klub 14,5 milyon avro ödəyib.

Transfermarkt portalının məlumatına əsasən, 22 yaşlı futbolçunun hazırkı bazar dəyəri 45 milyon avro təşkil edir.

Cari mövsümdə Diomande 25 oyunda meydana çıxıb, 1 qol vurub və 6 sarı vərəqə alıb. Onun “Sportinq”lə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.







Transfer