- Transfer
- 14:22 19.04.2026
“Mançester Siti” rəhbərliyi yarımmüdafiəçi Fil Fodenin nümayəndələri ilə yeni müqavilə üzrə danışıqlar aparır.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər futbolçu ilə uzunmüddətli əməkdaşlığın davam etdirilməsi imkanlarını müzakirə edirlər. Yeni müqavilənin 2030-cu ilin ortalarınadək nəzərdə tutulduğu və əlavə olaraq bir mövsümlük uzadılma bəndinin də yer alacağı bildirilir.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi ilə hazırkı müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatır.
Fodenin transfer dəyəri 80 milyon avro qiymətləndirilir.
Cari mövsümdə ölkə çempionatında 27 oyuna çıxan futbolçu 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.