- Transfer
- 14:22 19.04.2026
“Sanderlend” klubunun yarımmüdafiəçisi Noa Sadiki "Çelsi"yə transfer oluna bilər.
90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi 21 yaşlı futbolçunun keçidi üçün danışıqlar aparır.
Ötən həftə “zadəganlar”ın rəhbərliyi ilə dayaq yarımmüdafiəçisinin nümayəndələri arasında növbəti danışıqlar mərhələsi baş tutub.
Qeyd edək ki, Noa Sadiki 2025-ci ildə Belçikanın "Union" klubundan “Sanderlend”ə 17 milyon avro qarşılığında transfer olunub. Onun müqaviləsi 2030-cu ilin 30 iyun tarixinədək qüvvədədir.
Cari mövsümdə futbolçu bütün turnirlərdə 29 oyunda iştirak etsə də, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Onun transfer dəyəri 30 milyon avro qiymətləndirilir.