- Transfer
- 23:33 20.04.2026
“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını İspaniya La Liqasında klubunu bilər.
90deqiqe.Az "Sport"a istinadən xəbər verir ki, “Barselona” argentinalı forvardın transferində israrlıdır. Hazırda tərəflər arasında danışıqlar davam edir.
26 yaşlı futbolçu Kataloniya klubuna “Atletiko”nun onun üçün 200 milyon avro tələb etdiyini bildirib.
200 milyon avro futbol transferi üçün çox yüksək məbləğ hesab olunur. Bununla belə, ən bahalı transfer rekordu 2017-ci ilin yayında “Barselona”dan PSJ-yə 222 milyon avroya keçən Neymarla bağlıdır.
2025/2026 mövsümündə Xulian Alvares 47 oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun “Atletiko” ilə müqaviləsi 2030-cu ilin ortalarına qədər nəzərdə tutulub.