- Transfer
- 23:33 20.04.2026
Braziliyalı qapıçı Ederson Moraes “Fənərbağça”ya keçdikdən sonra tənqidlərin hədəfinə çevrilib.
90deqiqe.Az-ın “Sabah”a istinadən məlumatına görə, 32 yaşlı futbolçu Türkiyə Super Liqasının “Rizespor”la 2:2 bitən matçında uğursuz çıxışı ilə diqqət çəkib. Bu performans klub rəhbərliyinin onunla yolları ayırmaq istəyini gücləndirib.
Vəziyyəti çətinləşdirən əsas amil futbolçunun illik 11 milyon avro məvacibidir.
Bildirilib ki, Avropanın aparıcı klublarından biri braziliyalı qapıçı ilə müqavilə bağlamaq istəyib, lakin danışıqlar maliyyə məsələləri səbəbindən nəticəsiz qalıb. Futbolçu illik 3 milyon avrodan aşağı məvacibə razı olmayıb.
Ederson cari mövsümdə 34 oyunda meydana çıxıb, 33 qol buraxıb və 13 matçda qapısını toxunulmaz saxlayıb. Onun “Fənərbağça” ilə müqaviləsi 2028-ci ilə qədərdir və 1 illik uzadılma imkanı da mövcuddur.