- Transfer
- 23:33 20.04.2026
İtaliyanın “Milan” klubu Almaniya millisinin hücumçusu Niklas Füllkrukun transfer hüquqlarını almaq niyyətində deyil.
90deqiqe.Az xəbər verir ki, bu səbəbdən onun yayda İngiltərənin “Vest Hem” klubuna qayıdacağı gözlənilir. Lakin futbolçunun karyerası orada da uzun sürməyə bilər.
Almaniyanın “Volfsburq” klubu hücumçu ilə maraqlanır. Bundesliqada qalmaq uğrunda mübarizə aparan klubun Füllkruku heyətinə qatmaq istədiyi bildirilir. Artıq futbolçuun agenti ilə ilkin danışıqlara da başlanılıb.
İcarə əsasında çıxış edən futbolçu gözləntiləri doğrultmayıb və mövsüm ərzində cəmi 1 qol vurub.
Qeyd edək ki, Füllkruk əvvəllər Almaniyada “Borussiya Dortmund” və “Verder” klublarının da formasını geyinib.