- Transfer
- 23:33 20.04.2026
“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslay Madrid “Real”ının maraq dairəsində olması fonunda gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Yeni müqavilə ilə bağlı real irəliləyiş yoxdur. Hazırkı müqaviləm 2028-ci ilə qədərdir, ona görə də hər gün, hər həftə çox çalışmağa hazıram, sonra nə olacağını görəcəyik”.
Futbolçu əlavə edib ki, “Liverpul”da özünü uzunmüddətli perspektivdə görür: “Mən burada özümü uzun müddət görürəm, amma bu təkcə məndən asılı deyil. Burada olmaq mənə xoşdur, bunu dəfələrlə demişəm. Azarkeşləri sevirəm və burada həqiqətən hər şey əladır. Ailəm də xoşbəxtdir”.
Macarıstan millisinin üzvünün klubla mövcud müqaviləsi daha 2 mövsüm qüvvədədir.
Qeyd edək ki, Soboslay 2023-cü ildə “Liverpul”a transfer olunub. O, cari mövsümdə 48 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 100 milyon avro olaraq qiymətləndirilir.