- Transfer
- 23:04 21.04.2026
“Yuventus” klubu yarımmüdafiəçisi Teun Koppmeynersi satmağa hazırlaşır.
90deqiqe.Az-ın “Tuttosport”a istinadən məlumatına görə, klub rəhbərliyi futbolçunun transferinə 30 milyon avro qarşılığında razıdır. Bir ay əvvəl niderlandlı oyunçu üçün 35 milyon avro tələb olunurdu. Bildirilir ki, “Yuventus” maliyyə vəziyyətini sabitləşdirmək üçün bir neçə futbolçunun satışını həyata keçirməyi planlaşdırır.
Koppmeyners komandada gözlənilən nəticələri verə bilmədiyi üçün satılacaq ilk oyunçulardan biri kimi göstərilir.
Onun xidmətində əsas maraqlı klublar kimi İngiltərənin “Mançester Yunayted” və Türkiyənin “Qalatasaray” klublarıdır. Sözügedən klublar da artıq futbolçunun agenti ilə ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu cari mövsümdə 40 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.