6 iyun 2026. Şənbə

"Çelsi" Qordonun transferi üçün mübarizəyə qoşulub


  • Transfer
  • 22:37 21.04.2026
  • Oxunma sayı: 112
"Çelsi" Qordonun transferi üçün mübarizəyə qoşulub

“Nyukasl”ın hücumçusu Entoni Qordon karyerasını top klublardan birində davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçunun transferində Londonun “Çelsi” klubu maraqlıdır. Paytaxt təmsilçisi oyunçunun transferi uğrunda mübarizəyə qoşulub. Onun xidmətində həmçinin “Bavariya” və “Liverpul” klublarının da maraqlı olduğu bildirilir.

Bundan əlavə, “Çelsi” yay transfer dövrü üçün heyətdə dəyişikliklər etməyi planlaşdırır və cinah oyunçusu Alejandro Qarnaçonun satışını nəzərdən keçirir.

Qordon 2023-cü ildə “Everton”dan “Nyukasl”a 45 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-na qədər qüvvədədir.

Cari mövsümdə hücumçu bütün turnirlərdə 46 oyuna çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer

Arne Slot "Fulhem"dən imtina etdi
  • Transfer
  • 21:57 05.06.2026
Arne Slot "Fulhem"dən imtina etdi